...

Gürcü nazir Bakıda ölkəsinin tranzit potensialından danışacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2014 15:07 (UTC +04:00)
Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Şavliaşvili Bakıya gəlir.
Gürcü nazir Bakıda ölkəsinin tranzit potensialından danışacaq

Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Şavliaşvili Bakıya gəlir.

Trend-in Regional İnkişaf və İnfrastruktur Nazirliyinə istinadən verdiyi məlumata görə, D.Şavliaşvili "Bakı-Tbilisi-Qars dəmiryolu xətti: tarixi Böyük İpək yolunun inkişafının yeni imkanları" adlı beynəlxalq konfransda iştirak edəcək.

Nazir konfrans iştirakçılarına Gürcüstanın tranzit potensialından danışacaq. Konfransda bir neçə layihənin, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin təqdimatı olacaq.

Sabah Bakıda başlayacaq konfrans iki gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti