...

Beynəlxalq Valyuta Fondu Azərbaycanın iqtisadi inkişafının perspektivləri üzrə məsləhətləşmələrə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2014 12:26 (UTC +04:00)
Azərbaycanın iqtisadi inkişafının perspektivləri və cari proseslərin müzakirəsi üçün oktyabrın 21-də Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasının Bakıya səfəri başlayır.
Beynəlxalq Valyuta Fondu Azərbaycanın iqtisadi inkişafının perspektivləri üzrə məsləhətləşmələrə başlayır

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanın iqtisadi inkişafının perspektivləri və cari proseslərin müzakirəsi üçün oktyabrın 21-də Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasının Bakıya səfəri başlayır. Missiyaya fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin müşaviri Raca əl-Mərzuqi rəhbərlik edir.

Bazar ertəsi BVF-nin Bakı ofisinin rəhbəri Aygün Qədirli Trend-ə bildirib ki, səfərdə əsas məqsəd Azərbaycanın iqtisadi inkişafının və onun perspektivlərinin qiymətləndirilməsinin yenilənməsi, eləcə də makroiqtisadi siyasətin müzakirələrinin keçirilməsidir.

Onun sözlərinə görə, səfər çərçivəsində Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye nazirliklərində, Azərbaycan Mərkəzi Bankında, Dövlət Neft Fondunda, Dövlət Sosial Müdafiə Fondunda, ARDNŞ-də və Azərbaycan Beynəlxalq Bankında görüşlər keçiriləcək.

BVF missiyasının səfəri oktyabrın 27-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti