...

Azərbaycan və BVF arasında mövcud əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2014 16:13 (UTC +04:00)
Azərbaycanın maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri, fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin müşaviri Raca əl-Mərzuqini və onu müşayət edən nümayəndə heyətinin üzvlərini qəbul edib.
Azərbaycan və BVF arasında mövcud əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Azərbaycanın maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri, fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin müşaviri Raca əl-Mərzuqini və onu müşayət edən nümayəndə heyətinin üzvlərini qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri, 2014-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, gələcək inkişaf planları, cari ilin dövlət büdcəsinin icrası və 2015-ci il üzrə dövlət büdcəsinin parametrləri müzakirə olunub, xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımlar qeyd olunub.

Həmçinin, qeyri-neft sektoru üzrə büdcə daxilolmaları və investisiya proqramı da daxil olmaqla hökumətin ortamüddətli əsas maliyyə məqsədlərinə diqqət yetirilib, regional geosiyasi gərginliyin ölkəmizə və onun iqtisadi inkişafına ehtimal olunan riskləri və mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti