...

"Expressbank" əmanətçilərini mükafatlandıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2014 20:10 (UTC +04:00)
"Expressbank" əmanət çeşidi sırasını genişləndirərək, müştərilərə "Mükafat" əmanətini təqdim edir.
"Expressbank" əmanətçilərini mükafatlandıracaq

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

"Expressbank" əmanət çeşidi sırasını genişləndirərək, müştərilərə "Mükafat" əmanətini təqdim edir. Bankdan Trend-ə verilən məlumata görə, müştərilər bu əmanət növü üzrə vəsait yerləşdirməklə həm Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanacaqlar, həm də daha çox gəlir əldə edəcəklər.

"Mükafat" əmanəti 1, 2, 3, 4 və 5 illik müddətə yerləşdirilə bilər. Əmanətin illik faiz dərəcəsi müddətdən asılı olmayaraq 9% təşkil edir. Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Əmanət hesabı açmaq üçün minimum 500 AZN/USD tələb olunur.

Əmanətin xüsusi üstünlüyü ondan ibarətdir ki, müddət və faizlərin ödənilmə növündən asılı olaraq, müştərilər müqavilə müddətinin sonunda Expressbank-dan əmanətin həcminin 15%-dək mükafat ala biləcəklər. Bundan başqa, müştərilərə bank kartı da hədiyyə olunur.

"Expressbank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti