• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Biznes və iqtisadiyyat xəbərləri

Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü biznes forumu keçirilib (FOTO)

24 Oktyabr 2014 17:31 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Bu gün Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü biznes forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü toplantısı keçirilib.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və digər müvafiq dövlət qurumlarının dəstəyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilmiş tədbir Naxçıvan MR-in yaradılmasının 90 illik yubileyinə həsr olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlərini qəbul edib, forumun və Biznes Şurasının işinə uğurlar arzulayaraq, tədbirin quruma üzv ölkələr arasında əlaqələrin genişlənməsində əhəmiyyətli olacağına əmin olduğunu bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü biznes forumunda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistandan olan ticarət-sənaye palatalarının, sahibkarlar birliklərinin rəhbərləri, 75 xarici şirkətin təmsilçisi və özəl sektorun nümayəndələri, eləcə də Azərbaycanın dövlət rəsmiləri və 120-dən çox yerli sahibkar iştirak edib.

Forumda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə bildirib ki, Naxçıvan MR uzun müddətdən bəri blokada vəziyyətində olmasına baxmayaraq, Azərbaycanın sürətlə inkişaf edən regionudur. Aparılan islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində dinamik inkişafa nail olunub. Hazırda sənaye, tikinti, ticarət və xidmət sahələri MR-də əsas yer tutur. M.Cabbarzadə çıxışında qeyd edib ki, bugünkü biznes forumda aparılan müzakirələr və iş adamları arasında keçirilən ikitərəfli görüşlər iqtisadi əlaqələrin inkişafı üçün faydalı olacaq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının biznes forumlarının təşkil olunması da üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi sahəsində qarşılıqlı fikir mübadiləsinin aparılması və əməli təkliflərin ərsəyə gəlməsi baxımından olduqca faydalı əməkdaşlıq formatıdır.

Naxçıvan MR-in iqtisadiyyat və sənaye naziri Famil Seyidov çıxışında iqtisadi əməkdaşlığa və həmrəyliyə hər zaman olduğundan daha çox ehtiyac olduğunu vurğulayıb, Naxçıvan MR-in iqtisadi göstəricilərini forum iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, son 10 ildə inkişafın mühüm göstəricisi olan ÜDM istehsalının həcmi 8,4 dəfə artaraq 981 mln. ABŞ dollarına çatıb. Sovetlət birliyi dönəmində Muxtar Respublikada 40 sənaye müəssisəsi fəaliyyət göstərirdisə də, bu gün onların sayı 438-ə çatıb. Bu müəssisələr hesabına Muxtar Respublikada 350 növdə məhsul istehsal olunur, 336 növdə məhsula olan təlabat təmamilə yerli istehsal hesabına ödənilir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənov forumun təşkilatçılığını yüksək qiymətləndirib, 2009-cu ildə Naxçıvanda keçirilən türkdilli ölkələrin dövlət rəhbərlərini 9-cu Zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını tarixi hadisə kimi qeyd edib. R.Həsənov 150-dən çox sahibkarın iştirak etdiyi forumun türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafına təkan verəcəyini, Türkdilli Dövlətlər Əməkdaşlıq Şurası olaraq ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün dəstək göstəriləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, bu gün ölkələrimiz müstəqil dövlətlər kimi bütün sahələrdə, xüsusən də iqtisadiyyat sahəsində uğurlu əməkdaşlıq edirlər. Bu baxımdan regional əməkdaşlıq məsələləri xüsusi önəm kəsb edir. Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən digər qurumlar kimi, biznes dairələri arasında əməkdaşlıq platformasının yaradılmasına təkan verən Biznes Şurası da ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. S.Məmmədov qeyd edib ki, ölkəmiz türkdilli dövlətlərlə siyasi, iqtisadi, mədəni əlaqələrin genişləndirilməsinə böyük önəm verir və Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın sammitlərində bunu dəfələrlə bəyan edib. Dövlət başçısının müəyyən etdiyi siyasətə uyğun olaraq, bu ölkələrlə ticarət, investisiya əməkdaşlığı, iş adamları arasında əlaqələrin inkişafı daim təşviq olunur. 16 avqust 2013-cü il tarixində Azərbaycanda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Zirvə toplantısı çərçivəsində qəbul edilmiş Qəbələ Bəyannaməsində iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Biznes Şurasının işinin dəstəklənməsi xüsusilə qeyd edilib. Bugünkü tədbirdə müzakirə ediləcək məsələlər təşkilatın daha da güclənməsinə və ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında forumun işə başlaması münasibətilə iştirakçıları təbrik edib və Naxcıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Türkdilli Dövlətlərin Biznes Şurasının bir araya gələrək forum keçirməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. Sahibkarlar Konfederasiyasının prezidenti qeyd edib ki, 2009-cu ildə Azərbaycanın qədim Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsi barədə qərar qəbul edilib və həmin təşkilatın toplantılarının keçirilməsi artıq ənənə halını alıb. Ötən dövr ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv ölkələri arasında siyasi və iqtisadi münasibətlərin dərinləşməsi Avro-Asiya kimi böyük bir məkanda regional əməkdaşlığın genişlənməsi işinə öz töhfəsini verib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan dövlətlər arasında əlaqələrin inkişafına ictimai dəstək vermək məqsədilə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsi təşəbbüsü müsbət haldır. Qloballaşma meyllərinin və demokratik dəyişikliklərin geniş vüsət aldığı müasir dövrdə vətəndaş cəmiyyəti inistitutlarının lokal, regional və beynəlxalq miqyasda cərəyan edən proseslərə təsir imkanları xeyli artıb. Onlar sülhün və təhlükəsizliyin qorunmasında, xalqlar arasında əlaqələrin güclənməsində, habelə layihələrin həyata kecirilməsində özünəməxsus rol oynayırlar. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrinin prioritet istiqamətlərindən biri də birgə reallaşdırılan transmilli enerji, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı və digər sahələri əhatə edən böyük layihələrə, üzv ölkələrin bir-biri ilə ictimai-siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə öz töhfələrini verə bilməsidir.

M.Musayev qeyd edib ki, forumda iştirak edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, təşkilata daxil olan ölkələrin təmsilçiləri qazanılmış müsbət təcrübəyə arxalanaraq, gələcək fəaliyyətin başlıca istiqamətlərinin müəyyənləşdirilməsi, regionda ərzaq təhlükəsizliyinin təmin olunması, turizmin inkişaf imkanlarının araşdırılması və digər aktual məsələlər üzrə səmərəli müzakirələr aparacaq və dəqiq hədəflər müəyyən edəcəklər.

Sonra Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti R.Hisarcıklıoğlu, Qazaxıstanın Beynəlxalq Ticarət Palatasının İdarə Heyəti sədrinin müavini Abdulla Kundakbayev, Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev, Qazaxıstan Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Kadır Baykenov çıxış edib, türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin genişlənməsi istiqamətində görülən işlərdən, nəzərdə tutulan tədbirlərdən danışıblar.

Tədbir çərçivəsində Türkiyə Qida Konfederasiyasının prezidenti Hakan Yüksəl "Regionda ərzaq təhlükəsizliyi çağırışıları fövqündə regional aqrar inteqrasiya layihələri haqqında" təqdimatla çıxış edib. Forum zamanı Azərbaycan (AzPROMO), Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəflərinin də təqdimatları keçirilib.

Sonra Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü toplantısı keçirilib və iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub.

Daha sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasında bir sıra sənaye-istehsal müəssisələrinin - "Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi" MMC, "Dizayn Sənaye Kompleksi" MMC (penoplast və profil istehsalı), "Gəmiqaya Mineral Sular" MMC, "Cahan" AVM-in fəaliyyəti ilə tanış olublar.

Tədbir konsert proqramı ilə başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası
  • Naxçıvan
  • biznes forum
Azernews Newspaper
Digər xəbərlər
Bakıya Avropanın 400-dən çox şirkətinin nümayəndəsi gələcək
Gündəm 17 Aprel 16:32
Naxçıvan-Məşhəd beynəlxalq sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək
Telekommunikasiya 13 Aprel 12:45
İran Naxçıvana tibbi xidmətlər ixrac etməyə hazırdır
İqtisadiyyat 7 Aprel 17:22
Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək (FOTO)
Telekommunikasiya 16 Mart 14:42
"Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" internet səhifəsi istifadəyə verilib (FOTO)
Mədəniyyət 16 Yanvar 11:27
Naxçıvan-Məşhəd qatarının bərpa olunacağı TARİX açıqlanıb
Turizm 6 Yanvar 21:23
Türkiyə Baş nazirinin Naxçıvana səfəri başa çatıb (FOTO)
Siyasət 21 Dekabr 2017 01:07
Binəli Yıldırım: Naxçıvan böyük inkişafa nail olub (FOTO)
Siyasət 21 Dekabr 2017 00:59
Türkiyənin Baş naziri Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)
Siyasət 20 Dekabr 2017 21:56
Binəli Yıldırım Naxçıvana səfərə gəlib (FOTO)
Siyasət 20 Dekabr 2017 21:31
Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib (FOTO)
Cəmiyyət 9 Dekabr 2017 23:40
İstanbulda Türk Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirilərinin görüşü keçirilib (FOTO)
İqtisadiyyat 30 Noyabr 2017 18:23
Naxçıvanda snayperlərin təlim toplantısı keçirilir (FOTO)
Siyasət 29 Noyabr 2017 18:19
Türk Akademiyaları Assambleyasına Azərbaycan sədrlik edəcək
Cəmiyyət 28 Noyabr 2017 20:00
İranlı rəssamdan ənənəvilik və müasirlik
Mədəniyyət 22 Noyabr 2017 20:06
İranın Naxçıvandakı Baş konsulluğunda zəlzələ qurbanlarının xatirəsinə anım dəftəri açılıb (FOTO)
Cəmiyyət 16 Noyabr 2017 20:18
İstanbulda türkdilli dövlətlərin rabitə nazirlərinin iclası keçiriləcək
Cəmiyyət 8 Noyabr 2017 18:21
Naxçıvan məhsulları Türkiyəyə rüsumsuz ixrac ediləcək
İqtisadiyyat 29 Oktyabr 2017 15:50
Ən çox oxunanlar
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 110 il keçir
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 110 il keçir
Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər (ÖZƏL)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir
Nəzər nöqtəsi
Azərbaycan deputatı: "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır

Azərbaycan deputatı: "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter