...

ABB-nin R@ndevu xidmətindən 13600 müştəri yararlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2014 13:33 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının "R@ndevu" xidmətindən 13600 müştəri yararlanıb.
ABB-nin R@ndevu xidmətindən 13600 müştəri yararlanıb

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Azərbaycan Beynəlxalq Bankının "R@ndevu" xidmətindən 13600 müştəri yararlanıb.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "R@ndevu" xidməti müştərilərə vaxtlarına qənaət etmək, Bankın filiallarında sürətli xidmət olunmaq imkanını yaradan yeni bir xidmətdir. "R@ndevu" vasitəsilə ABB-nin müştəriləri Banka gəlməmişdən bir gün əvvəl xidmət olunduqları filialda görüş təyin edə bilirlər. Bu xidmətdən ən çox istifadə edən Bankın Yasamal və "Mərkəzi" filiallarının müştəriləridir.

"R@ndevu" xidmətindən istifadə etmək üçün ABB-nin Məlumat Mərkəzinə (437 7900 yaxud *2265 nömrələri ilə) zəng vurub və ya bankın internet səhifəsinə (randevu.ibar.az) daxil olub görüşün vaxtını, istənilən xidməti və öz əlaqə məlumatlarını bildirmək kifayətdir. Qabaqcadan görüş təyin etmiş müştərilər müəyyən edilmiş vaxt bankın filialına gələrkən, növbəsiz xidmət olunurlar.

Qeyd edək ki, müştəri görüşə mütləq dəqiq vaxtında gəlməlidir, əks halda, ümumi növbədə xidmət olunacaq. Bank R@ndevu xidmətini 2013-ci ildə tətbiq etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti