...

"Fitch": Neftin qiymətinin azalması qlobal iqtisadi artımı stimullaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2014 20:11 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi sentyabrdakı gözləntilərlə müqayisədə cari il və növbəti iki il üçün dünya iqtisadiyyatının artım proqnozunu 0,1 faiz bəndi azaldıb.
"Fitch": Neftin qiymətinin azalması qlobal iqtisadi artımı stimullaşdırır

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Azad Həsənli/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi sentyabrdakı gözləntilərlə müqayisədə cari il və növbəti iki il üçün dünya iqtisadiyyatının artım proqnozunu 0,1 faiz bəndi azaldıb. Trend-in məlumatına görə, bu barədə "Global Economic Outlook" agentliyinin rüblük hesabatında deyilir.

Yelilənmiş proqnoza əsasən, cari il ÜDM-in artımı 2,5 faiz təşkil edəcək ki, bu da 2013-cü ilin səviyyəsinə bərabərdir. 2015-ci ildə iqtisadiyyatın artımının 2,9 faizə, 2016-cı ildə isə 3 faizə çatacağı gözlənilir.

Artımın əsas lokomotivi ABŞ olacaq. Yaponiya və Avrozona iqtisadiyyatının bərpası yubanacaq. Bu proses iqtisadiyyatı inkişaf etmiş digər ölkələrdə də müşahidə olunacaq.

"Fitch" hesab edir ki, neftin qiymətinin azalması qlobal iqtisadi artımın stimullaşdırılmasına xidmət edir. Agentlik "Brent" markalı neftin qiyməti üzrə proqnozu bu il üçün 100 dollar/barelədək, gələn il üçün 83 dollar/barelədək, 2016-cı il üçün isə 90 dollar/barelədək azaldıb: "Hesab edirik ki, neftin qiyməti indiki göstəricilərlə müqayisədə tələbatın artması səbəbindən bahalaşacaq. Neftin qiymətinin 20 faiz azalması dünya ÜDM-nin səviyyəsinin iki il ərzində 0,3 faiz artmasına imkan yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti