...

"TuranBank"dan FHN işçiləri üçün 3 faiz endirim

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2014 16:39 (UTC +04:00)
“TuranBank” Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək 16-18 dekabr tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.
"TuranBank"dan FHN işçiləri üçün 3 faiz endirim

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

"TuranBank" Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək 16-18 dekabr tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

Göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Azərbaycan Prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə hər il ölkədə dekabrın 16-sı Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti