...

Azərbaycanda benzinin qiymətinin artmasının nəqliyyata və digər xidmətlərə təsirinə rəsmi aydınlıq gətirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2015 12:02 (UTC +04:00)
Azərbaycanda benzinin qiymətinin 0,02 manat artırılması ilə əlaqədar ictimai nəqliyyatda gediş haqlarının və digər xidmətlər üzrə qiymətlərin artması üçün heç bir əsas yoxdur.
Azərbaycanda benzinin qiymətinin artmasının nəqliyyata və digər xidmətlərə təsirinə rəsmi aydınlıq gətirildi

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanda benzinin qiymətinin 0,02 manat artırılması ilə əlaqədar ictimai nəqliyyatda gediş haqlarının və digər xidmətlər üzrə qiymətlərin artması üçün heç bir əsas yoxdur. Bu barədə çərşənbə axşamı Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, təkcə avtomobillərin texniki müayinəsindən çıxarılan və yanacağın dəyərinə daxil edilən yol vergisinin tutulması mexanizmi dəyişib.

Həmçinin nazirlikdən qeyd ediblər ki, Tarif (qiymət) Şurasına heç bir müraciət daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti