...

ABB və "Sberbank" arasında memorandum imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2015 11:01 (UTC +04:00)
Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Beynəlxalq Bankı (ABB) və Rusiya “Sberbank”ı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.
ABB və "Sberbank" arasında memorandum imzalanıb

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Beynəlxalq Bankı (ABB) və Rusiya "Sberbank"ı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

Trend xəbər verir ki, sənədi Rusiya "Sberbank"ının prezidenti və İdarə Heyətinin sədri German Qref və ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev imzalayıblar.

Memorandumda tərəflərin investisiya layihələrinin birgə maliyyələşdirilməsi; Rusiya, Azərbaycan, eləcə də tərəflərin törəmə cəmiyyətləri və filiallarının yerləşdiyi üçüncü ölkələrdə ticarət maliyyələşməsinin təşkili; maliyyə bazarlarında əməkdaşlıq kimi istiqamətlər yer alır .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti