...

"Neftin qiymətlərinin düşməsi Azərbaycanda bəzi layihələrin reallaşdırılmasını yubadır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2015 12:50 (UTC +04:00)
Neftin qiymətlərinin düşməsi və dünyada cərəyan edən proseslər Azərbaycanda iri maliyyə vəsaitləri tələb edən nəqliyyat layihələrinin reallaşdırılmasını yubadır.
"Neftin qiymətlərinin düşməsi Azərbaycanda bəzi layihələrin reallaşdırılmasını yubadır"

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Emil İsmayılov/

Neftin qiymətlərinin düşməsi və dünyada cərəyan edən proseslər Azərbaycanda iri maliyyə vəsaitləri tələb edən nəqliyyat layihələrinin reallaşdırılmasını yubadır. Trend xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazir onların sırasında sürət dəmiryol xəttinin inkişafı layihəsini də qeyd edib.

Onun sözlərinə görə, bu layihə "xamdır" və hazırlıq tələb edir, amma onu reallaşdırmaq istəyi mövcuddur: "İstək var, lakin onun reallaşdırılması üçün böyük maliyyə vəsaiti tələb olunur. Bildiyiniz kimi, dünyada neftin qiymətlərinin düşməsi və bütün dünyada cərəyan edən proseslər əlbəttə ki, belə layihələrin həyata keçirilməsini bir qədər ləngidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti