...

Kapital Bankın ipoteka kreditləri KÖMİS-də

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2015 12:22 (UTC +04:00)
Azərbaycanda ipoteka kreditlərinin verilməsi üzrə lider banklardan olan Kapital Bank sözügedən kredit növü üzrə ödənişlərin Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) vasitəsilə qəbulu sisteminə qoşulub.
Kapital Bankın ipoteka kreditləri KÖMİS-də

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Azərbaycanda ipoteka kreditlərinin verilməsi üzrə lider banklardan olan Kapital Bank sözügedən kredit növü üzrə ödənişlərin Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) vasitəsilə qəbulu sisteminə qoşulub.

Bankdan Trend-ə verilən məlumata görə, artıq ipoteka krediti əldə etmiş vətəndaşlar aylıq ödənişlərini Kapital Bank filialları ilə yanaşı, bütün poçt şöbələrində, www.gpp.az portalı vasitəsilə onlayn rejimdə və sistemə qoşulan digər maliyyə qurumlarının ofislərində ödəyə biləcəklər. Ödənişləri həyata keçirmək üçün kredit kodunu təqdim etmək lazımdır. Kredit kodunu öyrənmək üçün müştərilər krediti əldə etdikləri filiala müraciət etməli və ya Azərbaycan İpoteka Fondunun saytına daxil olmalıdırlar.

Qeyd edək ki, KÖMİS sistemi 2008-ci ildən istifadəyə verilib. Sistemə qoşulmuş 35 bank və 700-ə yaxın poçt şöbəsində bu təşkilatların abonentlərinə borclar haqqında məlumatlar çatdırılır və xidmət haqları qəbul edilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 7 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti