...

Azərbaycan vətəndaşları pul siyasətinin yumşaldılmasından nə gözləyə bilərlər?

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2015 11:22 (UTC +04:00)
Dünyadakı iqtisadi və geosiyasi qeyri-sabitlik şəraitində hətta sabit iqtisadiyyata malik ölkələrin dünyəvi proseslərə uyğunlaşması, öz iqtisadi və maliyyə siyasətini əlaqələndirməsi zəruridir.
Azərbaycan vətəndaşları pul siyasətinin yumşaldılmasından nə gözləyə bilərlər?

Rus xəbərlər xidməti

Maksim Tsurkov - Trend:

Dünyadakı iqtisadi və geosiyasi qeyri-sabitlik şəraitində hətta sabit iqtisadiyyata malik ölkələrin dünyəvi proseslərə uyğunlaşması, öz iqtisadi və maliyyə siyasətini əlaqələndirməsi zəruridir.

Вununla əlaqədar ölkədə makroiqtisadi sabitliyin dəstəklənməsi məqsədilə "monetar siyasətin yumşaldılması" Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ildəki vəzifələri sırasındadır.

Bu nəyi bildirə bilər? Maliyyə-kredit siyasətinin yumşalmasının bir neçə aləti mövcuddur və Mərkəzi Bankın bu il qarşıya qoyulmuş məsələlərin icrası üçün onlardan məhz hansıları seçəcəyini anlamaq əhəmiyyətlidir.

Rəsmi orqanların monetar siyasətinin alətlərindən biri valyuta məzənnələrinin korrektəsi məqsədi ilə mərkəzi bankların valyuta müdaxilələridir. 2014-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankı artıq Rusiya və Qazaxıstanın valyuta məzənnələrinin volatilliyinə görə təzyiq altına düşən dollarla bağlı manatın məzənnəsinin dəstəklənməsi üçün təxminən yeddi faiz valyuta ehtiyatından istifadə edib. "Standard & Poor's" şirkətinin də təsdiq etdiyi kimi, gələcəkdə ölkənin valyuta bazarına mütəmadi olaraq müdaxilələr davam edəcək.

Eləcə də AMB-nin rəhbəri Elman Rüstəmovun bankın İdarə heyətinin geniştərkibli iclasındakı çıxışında kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması fikri qırmızı xətlə keçdi.

O cümlədən E.Rüstəmov qeyd etdi ki, faiz dərəcələrinin aşağı salınması üçün əlverişli şəraitin yaradılması məqsədilə faiz dəhlizinin parametrlərini və məcburi ehtiyatda saxlama normalarını azaldıb. Əgər bunu rəqəmlərlə ifadə etsək, onda son illər ərzində kreditlər üzrə orta faiz dərəcələri 18 faizdən 14 faizədək, eləcə də biznes kreditləri üzrə 10 faizədək azalıb. Bununla yanaşı, uçot dərəcəsi 3,5 faiz səviyyəsindədir. Rüstəmov hələ oktyabrda xatırlatmışdı ki, biznes kreditləri üzrə faizlərin birrəqəmli səviyyəyə çatdırılması vacibdir. Bu hədəfə ortamüddətli perspektivdə nail olunacaq.

İstisna deyil ki, müşahidə orqanı bankları resursların lazımi həcmi ilə təmin etmək üçün məcburi ehtiyatda saxlama normalarının yenidən baxılmasına müraciət edəcək. Axı məcburi ehtiyatda saxlama normalarının tətbiqi pul kütləsinin Mərkəzi Banka lazım olan səviyyədə saxlanılması üçün bankların sərbəst resurslarının həcminə təsir yolu ilə depozitlərin genişlənməsinin multiplikasiya effektini azaltmağı nəzərdə tutur.

Yəqin ki, elə bu, pul siyasətinin yumşaldılmasının istiqamətlərindən biri olacaq. Çünki faiz dərəcələrindəki dəyişikliklər əhəmiyyətli dərəcədə dövlətin maliyyə-kredit siyasətindən və valyuta məzənnələrinin tənzimlənməsi üzrə Mərkəzi Bankın fəaliyyətindən asılıdır.

Bu fikri Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan iclasda çıxışı da möhkəmləndirir. Dövlət başçısı çıxışında növbəti dəfə banklara müraciət edərək istehlak kreditlərinə deyil, real sektora üstünlük vermələrini tövsiyə etdi. Yəni, qarşıya yerli banklar tərəfindən ölkə iqtisadiyyatının kreditləşdirilməsinin artırılması üzrə tapşırıq qoyuldu, çünki dünya iqtisadiyyatının qeyri-sabit olduğu şəraitdə onlar xaricdən maliyyələşmənin cəlb edilməsi məsələsində çətinlik çəkirlər.

"Standard & Poor's" beynəlxalq reytinq agentliyinin ekspertlərinin fikrincə, 2015-ci ildə Azərbaycan bankları pərakəndə kreditləşdirmənin artım sürətini azaldacaqlar. Onlar bunu ilk növbədə, tənzimləyicinin məhdudlaşdırığı hərəkətlərlə əlaqələndirirlər. Вelə olan halda istehlak kreditləri üzrə risklər az olmalı, onların faizləri isə müvafiq olaraq, aşağı düşməlidir.

Beləliklə, pul siyasətinin yumşaldılması iqtisadiyyatı daha çox rəqabətqabiliyyətli edəcək və Azərbaycana mümkün xarici təsirlər barədə xəbərdarlıq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti