...

"AtaBank"ın müştəriləri təhlükəsiz alış-veriş edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2015 10:27 (UTC +04:00)
“AtaBank” ın Visa kartının sıfır məsuliyyət siyasəti sayəsində isə siz fırıldaqçılığa və yaxud sizin kartınız və ya hesabınız haqqında məlumat vasitəsilə yerinə yetirilən təsdiq edilməmiş alış-verişlərə görə məsuliyyət daşımırsınız.
"AtaBank"ın müştəriləri təhlükəsiz alış-veriş edə bilər

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Bəyəndiyiniz məhsulu internet səhifəsindən sifariş etmək istəyirsiniz, amma fırıldaqçılıq halı ilə üzləşməkdən, sifarişinizin yanlış və ya zədəli gətirilməsindən qorxursunuz? Bu zaman heç bir tərəddüd etmədən, arxayınlıqla internetdən təhlükəsiz alış-veriş edə biləcəyiniz bir kartınız olmalıdır. Elə isə "AtaBank" ın Visa kartı əsl sizin arzu etdiyiniz kartdır.

"AtaBank" ın Visa kartının sıfır məsuliyyət siyasəti sayəsində isə siz fırıldaqçılığa və yaxud sizin kartınız və ya hesabınız haqqında məlumat vasitəsilə yerinə yetirilən təsdiq edilməmiş alış-verişlərə görə məsuliyyət daşımırsınız. Beləliklə, Siz kartın sanksiyalaşdırılmamış istifadəsindən müdafiə olunmasında əminliklə kartdan istifadə edə bilərsiniz.

"AtaBank" ın Visa kartının sahibləri üçün daim yeni aksiyalar keçirilir. Fevralın 3-dən başlayan və 2 ay davam edən "Visa ilə əminliklə ödəyin" promo-aksiyası isə facebook-da mükafat qazanmaq şansı verir. Belə ki www.visa.com.az saytına daxil olub "donmuş-barmaq" testini keçən və facebook səhifəsində nəticəni paylaşan hər kəs mouse (kompüter siçanı) qazana bilər. Kart sahibləri bu müddət ərzində saytdan Visa-nın ödənişləri qoruması və internetdə təhlükəsiz alış-veriş zəmanəti verməsi ilə bağlı ətraflı informasiya alacaqlar.

Qeyd edək ki, "AtaBank" 2006-cü ildən VISA International Beynalxalq ödəniş sisteminin tamhüquqlu üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olaraq fəaliyyətini davam etdirməkdədir. Bank korporativ və fərdi müştərilərə tam spektr maliyyə xidmətləri təqdim edir.

"AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün Bankın rəsmi səhifəsi www.atabank.comwww.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti