...

"Azərbaycanın sosial-iqtisadi inkişafı Pakistanda maraqla izlənilir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2015 19:01 (UTC +04:00)
Şahin Mustafayev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Məhəmməd İşaq Darla görüşüb.
"Azərbaycanın sosial-iqtisadi inkişafı Pakistanda maraqla izlənilir"

Azərbaycan, Bakı, 5 may /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Məhəmməd İşaq Darla görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev bu ilin martında Pakistan Prezidentinin Azərbaycana səfərinin, keçirilən görüşlərin və Azərbaycan-Pakistan biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə töhfə verdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə uğurlu əməkdaşlıq edir.

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, ölkəmizdə iqtisadi və maliyyə sabitliyinin təmin olunduğu, qeyri-neft sektorunun prioritetliyi, iqtisadiyyatın müxtəlif sahələrində Pakistanla əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri M.İ.Dar dost və qardaş ölkə olan Azərbaycanın sosial-iqtisadi inkişafının Pakistanda maraqla izlənildiyini, ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. O, bu il I Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini yüksək qiymətləndirib, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti