...

Azərbaycan BTQ-nin Gürcüstan hissəsinin tikintisinə 545 milyon dollar ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2015 11:30 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmiryolu xəttinin yaradılması layihəsini maliyyələşdirməyə başlamasından etibarən 545 milyon dollar (2015-cü il iaprelin 1-nə) ayrılıb.
Azərbaycan BTQ-nin Gürcüstan hissəsinin tikintisinə 545 milyon dollar ayırıb

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmiryolu xəttinin yaradılması layihəsini maliyyələşdirməyə başlamasından etibarən 545 milyon dollar (2015-cü il iaprelin 1-nə) ayrılıb. Bu barədə Trend ARDNF-yə istinadən məlumat verir.

Azərbaycan və Gürcüstan arasında imzalanmış sazişə uyğun olaraq, vəsaitlər Azərbaycan Beynəlxalq Bankı vasitəsilə "Marabda-Kartsaxi Dəmiryolu" MMC-yə köçürülüb. MMC Marabda-Türkiyə sərhədi dəmiryolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, tikintisi, bərpası, yenidən qurulması və istismarı məqsədilə yaradılıb.

Məlumata görə, 2015-ci ilin I rübündə layihənin reallaşdırılmasına Fond tərəfindən 4,6 milyon dollar ayrılıb.

Qeyd edək ki, BTQ dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti