...

ARDNF iri irriqasiya layihəsinə 1,17 milyard dollardan çox vəsait ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2015 11:00 (UTC +04:00)
2015-cü il aprelin 1-nə olan məlumata görə, ARDNF (Azərbaycan Respublikası Dövlət Neft Fondu) Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 1,17 milyard manatdan çox vəsait ayırıb.
ARDNF iri irriqasiya layihəsinə 1,17 milyard dollardan çox vəsait ayırıb

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Maksim Tsurkov/

2015-ci il aprelin 1-nə olan məlumata görə, ARDNF (Azərbaycan Respublikası Dövlət Neft Fondu) Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 1,17 milyard manatdan çox vəsait ayırıb. Bu barədə Trend ARDNF-ə istinadən məlumat verir.

Məlumatda bildirilir: "O cümlədən, 532,7 milyon manat su elektrik stansiyasının tikintisi ilə birlikdə Taxtakörpü su anbarının tikintisinə ayrılıb. Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanallarının tikintisinə müvafiq olaraq 410,7 milyon manat və 167 milyon manat ayrılıb".

Vəsaitin yerdə qalan hissəsindən layihə qrupunun saxlanmasına 3,56 milyon manat, texniki və tender sənədlərinin hazırlanmasına, eləcə də digər xərclərə 32,4 milyon manat ayrılıb.

Məlumata əsasən, bu ilin birinci rübündə ARDNF-dən göstərilən layihələrə 25 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti