...

AYİB manatda istiqrazlar buraxan ilk beynəlxalq təşkilat ola bilər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2015 16:17 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilin sonunadək istiqrazları manatda buraxa bilər.
AYİB manatda istiqrazlar buraxan ilk beynəlxalq təşkilat ola bilər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Azad Həsənli/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilin sonunadək istiqrazları manatda buraxa bilər. Trend-in məlumatına görə, bunu AYİB-in prezidenti Suma Çakrabarti Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, bu baş versə, AYİB manatda istiqrazlar buraxan ilk beynəlxalq təşkilat olacaq.

S.Çakrabarti qeyd edib ki, bu məqsədlə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi ilə görüş keçirilib: "Görüşdə tərəflər kiçik və orta müəssisələrin maliyyələşdirilməsi, sindikatlaşdırılmış kreditlərin ayrılması, enerji istehlakının azaldılması üzrə layihənin maliyyələşdirilməsi, ölkə banklarının konsolidasiyası halında AYİB-in göstərə biləcəyi yardımla bağlı məsələləri müzakirə ediblər".

AYİB-in Bakı ofisinin rəhbəri Nil Makkeyn bildirib ki, istiqrazların satışı ölkə daxilində aparılacaq və bundan sonra onların xarici bazarlara çıxması barədə də düşünmək olar: "AYİB analoji istirqazları gürcü larisində də buraxıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti