...

TANAP - Azərbaycan və Türkiyənin enerji gücünün göstəricisidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2015 11:43 (UTC +04:00)
Transanadolu qaz xətti layihəsi (TANAP) Azərbaycan və Türkiyənin enerji gücünün göstəricisidir. Bu barədə Trend-ə Türkiyənin Ardahan əyalətinin qubernatoru Ahmet Deniz bildirib.
TANAP - Azərbaycan və Türkiyənin enerji gücünün göstəricisidir

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Transanadolu qaz xətti layihəsi (TANAP) Azərbaycan və Türkiyənin enerji gücünün göstəricisidir. Bu barədə Trend-ə Türkiyənin Ardahan əyalətinin qubernatoru Ahmet Deniz bildirib.

O bildirib ki, TANAP layihəsi region üçün olduğu kimi, Avropa üçün də əhəmiyyətlidir.

"TANAP qaz xətti tezləşdirilmiş tempdə inşa edilir", - A.Deniz deyib.

O bildirib ki, TANAP-ın həyata keçirilməsi Ardahan əyalətində yeni iş yerlərinin açılmasına səbəb olacaq ki, bu da əyalətin iqtisadiyyatının inşikafında müsbət əksini tapacaq.

Qubernator vurğulayıb ki, TANAP azərbaycan və türk xalqlarının qardaşlıq münasibətinin əyani nümunəsidir.

Türkiyənin şimal-şərq hissəsində yerləşən Ardahan vilayəti TANAP qaz xəttinin keçəcəyi yerlərdən biridir.

TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə kimi nəqlini həyata keçirəcək.

İlkin olaraq, TANAP qaz xəttinin keçiricilik qabiliyyətinin ildə 16 milyard kub metr qaz olacağı gözlənilir. Təqribən altı milyard kub metr qaz Türkiyəyə, qalanı Avropaya çatdırılacaq.

Qaz Türkiyəyə 2018-ci ildə, Transadriatik qaz xəttinin (TAP) inşası başa çatdıqdan sonra Avropaya 2020-ci ildə çatdırılacaq.

BP şirkəti və TANAP konsorsiumu Türkiyədə bu il martın 13-də aksioner razılıq imzalayıblar. Razılığa əsasən, BP şirkəti TANAP-ın səhmdarlar heyətinə daxil olacaq. Bu razılıq BP-nin TANAP layihəsindəki payı ilə bağlı əsas sənədlərdən biridir.

Hüquqi tərəfdən rəsmiləşdirilmə prosedurları başa çatdıqdan sonra TANAP-ın səhmdarlar heyəti aşağıdakı kimi olacaq: SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) - 58 faiz, Botas - 30 faiz, BP - 12 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti