...

Cəlilabadda sahibkarlar üçün işgüzar forum keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2015 12:08 (UTC +04:00)
Cəlilabad rayonunda sahibkarlar üçün işgüzar forum keçirilib.
Cəlilabadda sahibkarlar üçün işgüzar forum keçirilib

Azərbaycan, Bakı, 13 may /Trend/

Cəlilabad rayonunda sahibkarlar üçün işgüzar forum keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu mayın 8-də Cəlilabad rayonunun Gülməmmədli kəndində işgüzar forum keçirib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv kartofçuluq və üzümçülük təsərrüfatlarının yaradılması;
- çiyələk emalı, üzümqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Sahibkarlığa Kömək Milli Fondu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti