...

Parisdə II "Fransa-Azərbaycan 2015" biznes-forumu keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2015 16:20 (UTC +04:00)
Bu gün Parisdə “Şaxələndirilmiş, desentralizasiya olunmuş iqtisadiyyata doğru” mövzusunda II “Fransa-Azərbaycan 2015” biznes-forumu keçirilib.
Parisdə II "Fransa-Azərbaycan 2015" biznes-forumu keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

Bu gün Parisdə "Şaxələndirilmiş, desentralizasiya olunmuş iqtisadiyyata doğru" mövzusunda II "Fransa-Azərbaycan 2015" biznes-forumu keçirilib. Trend-in məlumatına görə, biznes-forum Azərbaycanın İqtisadaiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə "Business Franse" dövlət agentliyi və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birlikdə təşkil edilib.

Azərbaycan və Fransanın rəsmi və işgüzar dairələrinin 200-dən çox nümayəndəsinin iştirak etdiyi forumda "Azərbaycan - Fransa və Avropanın strateji müttəfiqi", "Xarici investorlar üçün Azərbaycanın cəlbediciliyi, bazarın vəziyyəti, islahatlar və perspektivlər", "Prioritet qismində iqtisadiyyatın şaxələndirilməsi - Azərbaycan Cənubi Qafqazın qabaqcıl bazarı rolunda", "Azərbaycanla iqtisadi və ekoloji əməkdaşlıq - tükənən resurslardan alternativ enerji mənbələrinədək" kimi mövzular müzakirə edilib.

Forumda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Orxan Məmmədov, Fransa Senatında Fransa və Qafqaz dostluq qrupunun rəhbəri Andre Rayxart, dövlət və biznes strukturlarının nümayəndələri, eləcə də iqtisadi ekspertlərin çıxışları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti