...

Abşeron yarımadası üzrə elektrik dəmir yolu qatarlarının hərəkəti bərpa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2015 14:20 (UTC +04:00)
Böyük Bakının Regional İnkişaf Planı çərçivəsində Abşeron yarımadası üzrə elektrik dəmir yolu qatarların hərəkəti bərpa ediləcək.

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Ənvər Məmmədov/

Böyük Bakının Regional İnkişaf Planı çərçivəsində Abşeron yarımadası üzrə elektrik dəmir yolu qatarlarının hərəkəti bərpa ediləcək. Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə əsasən, Bakı-Sumqayıt marşrutu üzrə elektrik dəmir yolu qatarları Zabrat və Pirşağı ərazisindən keçəcək, Sumqayıtdan Bakı istiqamətində isə Xırdalan, Biləcəri, metronun "Koroğlu" stansiyasından keçərək Bakı Dəmiryol Vağzalına gələcək.

C.Qurbanov qeyd edib ki, hərəkət dairəvi yol üzrə həyata keçiriləcək: "İlk növbədə Bakı Dəmiryol Vağzalı və "Koroğlu" stansiyası arasında qatarların hərəkətini işə salmaq istəyirik ki, əhali I Avropa Oyunlarında idman obyektlərinə çata bilsin".

O əlavə edib ki, gələcəkdə QSC dəmir yolunu Heydər Əliyev Hava Limanınadək çatdırmağı planlaşdırır: "Hazırda bu məsələ ilə bağlı aeroportun administrasiyası ilə danışıqlar aparırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti