...

Manatın məzənnəsinin aşağı düşməsi inflyasiyaya təsir göstərməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2015 14:16 (UTC +04:00)
Manatın məzənnəsinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda inflyasiya məqbul səviyyədə qalıb.
Manatın məzənnəsinin aşağı düşməsi inflyasiyaya təsir göstərməyib

Azərbaycan, Bakı, 14 may /Trend/

Manatın məzənnəsinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda inflyasiya məqbul səviyyədə qalıb.

Bu barədə cümə axşamı "G20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni iqtisadi əməkdaşlıq imkanları" mövzusunda elmi-ptaktiki konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti Departamentinin direktoru Azər Ələsgərov bildirib: "2015-ci il fevralın 21-də AMB idarə heyətinin qərarı ilə ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində təyin edilib ki, bu da manatın 34 faiz devalvasiyası deməkdir".

A.Ələsgərovun sözlərinə görə, AMB-nin məzənnə siyasəti manatın məzənnəsinin son illər müşahidə edilən möhkəmlənməsini neytrallaşdıra bilib.

Statistika üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2015-ci il mart ayı ilə müqayisədə aprel ayında deflyasiya 0,2 faiz təşkil edib.

Apreldə ərzaq məhsulları 0,5 faiz bahalaşdığı halda, qeyri-ərzaq məhsulları 0,5 faiz, tarif və əhaliya ödənişli xidmətlər 0,9 faiz aşağı düşüb.

2015-ci ilin ilk rübü ərzində ölkədə inflyasiya 2,8 faiz təşkil edib.

AMB-nın departament rəhbəri həmçinin dünya ticarətinin həcmin azalmasının Azərbaycanın xarici ticarət əməliyyatları səviyyəsinə təsirini qeyd edib. Ələsgərovun sözlərinə görə, 2014-cü il analoji dövrün göstəriciləri ilə müqayisədə ilk rübdə əmtəə dövriyyəsi 18,6 faiz, ixrac 37,1 faiz, idxal isə 37,7 faiz azalıb.

"Bu əsasən neft bazarındakı vəziyyətlə əlaqəlidir. Xarici əmtəə dövriyyəsi ilə yanaşı ölkəyə pul köçürmələrinin həcmi də azalıb", - deyə A.Ələsgərov bildirib.

Onun sözlərinə görə, Azərbaycana pul köçürmələrinin həcmi 36% azalıb.

Həmçinin, A.Ələsgərov bildirib ki, milli valyutanın məzənnəsinin aşağı düşməsi ilə əlaqədar olaraq xarici valyutaya tələb artıb. "Milli valyuta ilə əhaliyə satışların həcmi 2,1 dəfə artıb", - A.Ələsgərov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti