...

"Moody's": Azərbaycan və Qazaxıstan "neft böhranı"nın öhdəsindən gələ bilərlər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2015 16:06 (UTC +04:00)
MDB ökələri arasında Azərbaycan və Qazaxıstanın neftin qiymətinin ucuzlaşması və Rusiyada iqtisadi vəziyyətlə bağlı mürəkkəb makroiqtisadi şəraitin öhdəsindən gəlmək üçün daha çox imkanları var.
"Moody's": Azərbaycan və Qazaxıstan "neft böhranı"nın öhdəsindən gələ bilərlər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Azad Həsənli/

MDB ökələri arasında Azərbaycan və Qazaxıstanın neftin qiymətinin azalmasına və Rusiyada iqtisadi vəziyyətə görə yaranmış mürəkkəb makroiqtisadi şəraitin öhdəsindən gəlmək üçün daha çox imkanı var.

Trend-in məlumatına görə, bu barədə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Analitiklərin fikrincə, hər iki dövlətin iri ehtiyatları var və Ukrayna münaqişəsinə cəlb olunmayıb. Onlar hesab edirlər ki, Azərbaycan, Qazaxıstan və Rusiyanın ümumi borclarının az və dövlət borcunun ÜDM-ə nisbətdə aşağı olmasına baxmayaraq, neftin qiymətinin qeyri-müəyyənliyi və geosiyasi narahatlıq onların kredit aktivlərinin keyfiyyətini yaxşılaşdırır.

"Moody's"in hesabatına əsasən, Azərbaycan, Qazaxıstan və Moldovanın suveren reytinqləri "sabit" proqnoza, Ermənistan, Belarus, Rusiya və Ukraynanınkı isə "mənfi" proqnoza malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti