...

Ucar və Zərdabda vergiödəyicilərə xidmət mərkəzləri açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2015 15:22 (UTC +04:00)
9 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan Ucar və Zərdab rayonlarında müasir tələblərə cavab verən yeni xidmət mərkəzlərinin açılışı olub.
Ucar və Zərdabda vergiödəyicilərə xidmət mərkəzləri açılıb

Azərbaycan, Bakı, 15 may /Trend/

9 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan Ucar və Zərdab rayonlarında müasir tələblərə cavab verən yeni xidmət mərkəzlərinin açılışı olub.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Azərbaycanda vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı, səmərəli dövlət-biznes münasibətlərinin qurulması istiqamətində görülən işlər və bu sahədə həyata keçirilən müxtəlif layihələr barədə tədbir iştirakçılarına məlumat verib.

Hazırda ölkəmizdə 56 xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan da 42-si vergi orqanlarının inzibati binalarından kənarda yerləşir. Sahibkarların maarifləndirilməsi, vergilərə dair xidmətlərin göstərilməsini təmin edən xidmət mərkəzləri ödənişsiz fəaliyyət göstərir. Mərkəzlərdə quraşdırılmış özünəxidmət kompüterlərindən istifadə etməklə vergiödəyicilər müxtəlif növ vergi xidmətlərindən yararlana bilərlər.

Vergilər Nazirliyinin Vergiödəyicilərə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov artıq hər iki rayon sakinlərinin vergi məsələləri ilə bağlı əvvəllər olduğu kimi, Göycay rayonunda yerləşən vergi orqanına müraciət etməsinə ehtiyacın qalmadığını, xidmət mərkəzlərinin funksional imkanlarının genişləndirildiyini, iş günü ərzində burada fasiləsiz olaraq vergilərə aid bütün xidmətlərin göstərildiyini bildirib. Qeyd olunub ki 2014-cü il ərzində xidmət mərkəzlərinə 290 minə yaxın vergiödəyici müraciət edib və onlara 376 minə yaxın müxtəlif növ vergi xidmətləri göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti