...

ÜDM il ərzində 5,3 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2015 19:18 (UTC +04:00)
2015-ci ilin dörd ayı ərzində Azərbaycanda 16,6 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
ÜDM il ərzində 5,3 faiz artıb

Azərbaycan, Bakı, 15 may /Trend/

2015-ci ilin dörd ayı ərzində Azərbaycanda 16,6 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə,bu dövrdə ümumi daxili məhsulun 36,2 faizi sənayedə, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 13,5 faizi tikintidə, 10,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,0 faizi informasiya və rabitə xidmətlərində, 15,2 faizi isə sosial və digər xidmətlər sahəsində yaradılıb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti