...

Gülövşəyə qaz verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2015 17:32 (UTC +04:00)
Yevlax rayonunun Gülövşə kəndinə təbii qaz verilib.
Gülövşəyə qaz verilib

Azərbaycan, Bakı, 16 may /Trend/

Yevlax rayonunun Gülövşə kəndinə təbii qaz verilib.

Trend-in məlumatına görə, 353 abonenti olan kəndin qazlaşdırılması üçün 40 min metrədək müxtəlif diametrli borulardan istifadə olunmaqla birpilləli sistem qurulub, bütün evlərdə sayğac və tənzimləyici quraşdırılıb.

Bu münasibətilə keçirilən mərasimdə hazırda rayonun 30-a qədər kəndinin qazlaşdırıldığı, digər kəndlərə də qaz xətlərinin çəkilişinin davam etdiyi bildirilib.

Tədbirlərdə çıxış edənlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti