...

Vergilər naziri Şabranda vətəndaşları qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2015 18:12 (UTC +04:00)
Fazil Məmmədov Şabran rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vergilər naziri Şabranda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin may ayında respublikanın şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 22-də vergilər naziri Fazil Məmmədov Şabran rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: H.Əliyev prospekti 121) Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi,
3 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Şahin Abbasov, əlaqə telefonu: (023) 335-36-07, mobil (050) 337-30-40),
Şabran rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Rəşid Şükürov, əlaqə telefonu: (023) 353-28-32, mobil (050) 254-43-79),
Xaçmaz rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Bəhruz Vəlibəyov, əlaqə telefonu: (023) 325-08-09, mobil (050) 254-43-77),
Qusar rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Xalis Babayev, əlaqə telefonu: (023) 385-39-46, mobil (050) 254-43-72) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti