...

195-2 Telefon Məlumat Mərkəzinə 35 minə yaxın müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2015 22:01 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid sualların operativ və ətraflı cavablandırılması məqsədilə nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi fəaliyyət göstərir.
195-2 Telefon Məlumat Mərkəzinə 35 minə yaxın müraciət daxil olub

Azərbaycan, Bakı, 18 may /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid sualların operativ və ətraflı cavablandırılması məqsədilə nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi fəaliyyət göstərir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 35 minə yaxın müraciət daxil olub.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Bu ilin aprel ayında isə nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə 800-dən çox müraciət daxil olub. Müraciətlərin əsasən 44%-i istehlakçıların hüquqlarının müdafiəsi, 17%-i nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlər, 11%-i sahibkarlığın inkişafı, 5%-i güzəştli kreditlər və s. barədə olub.

Qeyd edək ki, stasionar və mobil telefonlardan Məlumat Mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq olar. 195-2 nömrəsi ilə danışıq, Telefon Məlumat Mərkəzinin xidmətləri ödənişsizdir. Telefon xidməti canlı rejimdə, iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti