...

BVF-nin neftin qiymətinin və Rusiya iqtisadiyyatının pisləşməsinin Qafqaz və Mərkəzi Asiya regionuna təsiri barədə hesabatı

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2015 14:35 (UTC +04:00)
Qafqaz və Mərkəzi Asiya regionunun (QMA) neft ixrac edən ölkələrində neftin qiymətinin ucuzlaşmasının və Rusiya iqtisadiyyatının pisləşməsinin təsiri ilə yanaşı, yeni neft yataqlarının mənimsənilməsində (Qazaxıstan) gecikmələrə görə yaranan daxili neft hasilatının yavaşması (Qazaxıstan, Azərbaycan) ilə şiddətlənir.
BVF-nin neftin qiymətinin və Rusiya iqtisadiyyatının pisləşməsinin Qafqaz və Mərkəzi Asiya regionuna təsiri barədə hesabatı

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Azad Həsənli/

Qafqaz və Mərkəzi Asiya regionunun (QMA) neft ixrac edən ölkələrində neftin qiymətinin ucuzlaşmasının və Rusiya iqtisadiyyatının pisləşməsinin təsiri ilə yanaşı, yeni neft yataqlarının mənimsənilməsində (Qazaxıstan) gecikmələrə görə yaranan daxili neft hasilatının yavaşması (Qazaxıstan, Azərbaycan) ilə şiddətlənir.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "Regional iqtisadiyyatın inkişaf perspektivləri" adlı yenilənmiş hesabatında deyilir.

Hesabat müəlliflərinin fikrincə, proseslərin nəticəsində 2015-ci ildə QMA regionunun neft ixrac edən ölkələrində iqtisadi artım tempinin 2 faiz bəndi azalaraq 2,5 faizə çatacağı gözlənilir: "Azərbaycan və Qazaxıstan kimi ölkələr 2015-ci ildə gözlənilən neftin 58 dollardan aşağı qiymətində dövlət xərclərini maliyyələşdirə bilməyəcəklər".

BVF-nin analitikləri bildiriblər ki, Azərbaycan pensiya islahatlarını davam etdirməlidir.

Ümumilikdə qeyd edilir ki, QMA ölkələrində bu il iqtisadi aktivlik əsasən birja mallarının qiymətinin azalmasına və Rusiyada artımın yavaşmasının təkrar effektlərinə görə, yubanmağa davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti