...

Gəncə Avtomobil Zavodu kənd təsərrüfatı sərgisində 9 texnika ilə iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2015 17:12 (UTC +04:00)
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi mayın 21-də start götürəcək kənd təsərrüfatı təyinatlı məhsul və texnika istehsalçılarının iri regional forumu - 9-cu Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı (“Caspian Agro 2015”) sərgisində iştirak edəcək.
Gəncə Avtomobil Zavodu kənd təsərrüfatı sərgisində 9 texnika ilə iştirak edəcək

Azərbaycan, Bakı, 20 may /Trend/

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi mayın 21-də start götürəcək kənd təsərrüfatı təyinatlı məhsul və texnika istehsalçılarının iri regional forumu - 9-cu Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı ("Caspian Agro 2015") sərgisində iştirak edəcək. Bu barədə Trend-ə müəssisənin mətbuat xidmətindən məlumat verilib.

Bakı Ekspo Mərkəzində təşkil olunacaq sərgidə Gəncə Avtomobil Zavodu 9 model traktor, otbiçən və kotanla iştirak edəcək. Bu traktorlar Belarus 3522, Belarus 2103, Belarus 921, Belarus 152, Belarus 132, Belarus 1221, Belarus 892, Belarus 622, Belarus 422-dir. Bu modellərdən Belarus 3522, Belarus 2103, Belarus 152 ilk dəfə olaraq müəssisə tərəfindən sərgidə təqdim olunur.

Müəssisədən bildiriblər: "Bizim müəssisə artıq sayca 4-cü dəfədir ki, World Food Azerbaijan/Caspian Agro sərgisində iştirak edirik. Sərgiyə olan maraq böyükdür. Azərbaycanın bütün şəhər və rayonlarından bu sərgiyə fermerlər və iş adamları qatılırlar. Bu baxımdan Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi istehsal etdiyi kənd təsərrüfatı texnikalarını nümayiş etdirməklə fermerlərin və iş adamlarının, eləcə də böyük şirkətlərin maraq dairəsinə düşməyi, yeni partnyorlar və alıcılar tapmağı qarşıya məqsəd qoyub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti