...

Şamaxıda sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2015 21:22 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şamaxıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilmişdir.
Şamaxıda sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 21 may /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şamaxıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Biznes ideyanı yarat", "Biznes planların və investisiya layihələrinin hazırlanması", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularını əhatə edən treninqdə iştirakçılara biznes ideyanın yaradılması, biznes plan və onun tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə və s. barədə ətraflı məlumat verilmişdir.

Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti