...

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2015 11:01 (UTC +04:00)
Bu il mayın 26-da Rusiya Federasiyasının Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelov Azərbaycana səfər edəcək.
Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir Azad Həsənli/

Bu il mayın 26-da Rusiya Federasiyasının Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelov Azərbaycana səfər edəcək.

Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya İşgüzar Görüşü keçiriləcək.

Görüş zamanı Rusiya Federasiyasının Həştərxan vilayətində yerləşən sənaye-istehsal tipli xüsusi iqtisadi zonasına dair geniş məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti