...

Bank VTB (Azərbaycan) məcmu kapitalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2015 12:08 (UTC +04:00)
Bank VTB (Azərbaycan) məcmu kapitalını artırıb.
Bank VTB (Azərbaycan) məcmu kapitalını artırıb

Azərbaycan, Bakı, 26 may /Trend/

Bank VTB (Azərbaycan) məcmu kapitalını artırıb.

Bank VTB törəmə bankı VTB (Azərbaycan)-a 300 mln rubl (6,2 mln manat) həcmində 7 illik subordinasiya krediti ayırıb.

Bankdan Trend-ə verilən məlumata görə, "Cəlb olunmuş vəsait bank VTB (Azərbaycan)-ın hər zaman baş ofisi tərəfindən dəstəkləndiyinin göstəricisidir. Məcmu kapitalın artırılması biznesin inkişaf templərini dəstəkləməyə və kreditləşmə imkanlarını artırmağa kömək edəcək", deyə- bank VTB(Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti