...

İkimərtəbəli qatar artıq Bakıdadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2015 17:05 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler Rail Group” şirkətindən aldığı 5 ikimərtəbəli elektrik qatarından biri artıq Bakıdadır.
İkimərtəbəli qatar artıq Bakıdadır

Azərbaycan, Bakı, 31 may /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC-nin İsveçrənin "Stadler Rail Group" şirkətindən aldığı 5 ikimərtəbəli elektrik qatarından biri artıq Bakıdadır.

Bu barədə Trend-ə QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

N.Əzməmmədov bildirib ki, qatarın nə zaman istifadəyə veriləcəyi vaxt hələ dəqiq müəyyən edilməyib. O bildirib ki, hazırda dəmiryol vağzalının gediş-gəliş yollarının tam yenidən qurulması və vağzalın binasının təmiri işləri davam etdirilir.

Qeyd edək ki, qatarın ümumi sərnişin tutumu 919 nəfərdir. Xatırladaq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə "ADY" QSC ilə "Stadler Rail Group" şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır. Mayın 13-də Bakıda keçirilən "2015 TransCaspian" Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində "Stadler Rail Group" şirkəti ilə KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının alınması ilə bağlı saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti