...

"Xalq Bank"ın saytı: internet şəbəkəsində maliyyə xidmətlərinə yeni baxış

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2015 17:34 (UTC +04:00)
"Xalq Bank" tam yenilənmiş www.xalqbank.az korporativ saytını istifadəyə verdi.
"Xalq Bank"ın saytı: internet şəbəkəsində maliyyə xidmətlərinə yeni baxış

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

"Xalq Bank" tam yenilənmiş www.xalqbank.az korporativ saytını istifadəyə verdi. Zamanın diktəsi ilə bank saytlarının funksionallığına dair tələblərin artması səbəbindən yeddi il fəaliyyət göstərmiş əvvəlki saytın dəyişdirilməsinə qərar verilmişdir.

Yeni sayt sınaqlardan keçərək müştərilərin istifadəsinə verilib. Saytın konseptinin əsasında müştərinin özünü filialdakı kimi hiss etdirəcək, tərəddüd edənlərə isə banka gəlib və oradan artıq müştəri qismində çıxmaq üçün yetəcək həcmdə məlumat verən korporativ informasiya portalının hazırlanması məqsədi dururdu.

Sayt öz istifadəçilərini bankın korporativ rəngləri, ciddi işgüzar üslubu və yüksək ixtisaslı personalı ilə qarşılayır. Salamlama və bankın tarixi haqqında audio və video məzmun istifadəçi ilə vizual əlaqənin qurulmasına xidmət edir. Saytın interaktivliyi xidmət və məhsullar üzrə ərizə qəbulu, düşünülmüş qiymətləndirmə alətləri, onlayn konsultasiya, "Mənə zəng" və xəbərlərə abunə sistemləri ilə dəstəklənir. Saytın arxitekturası olduqca rahatdır, bölmələr həm ana səhifədə, həm də daxili səhifələrdə aydın və dolğun şəkildə qeyd edilib, səhifələri geri "vərəqləmək" zərurəti minimumadək endirilib.

Yeni saytın strukturunda bankın təklifləri müştərilərin istək və məqsədləri - gündəlik bank xidmətləri, pul vəsaitlərinin qəbulu və artırılması əməliyyatları, korporativ xidmətlər və s. üzrə qruplaşdırılıb. Saytın əsas menüsü hər zaman göz önündədir və bu da istənilən digər səhifəyə keçidi asanlıqla təmin edir. Ağıllı axtarış, filtrasiya və qiymətləndirmə sistemləri müştəriyə vaxt itirmədən geniş məlumat əldə etmək və sərfəli məhsul, şərtlərə uyğun xidmətləri asanlıqla tapmağa imkan yaradır. Sorğuya uyğun olaraq sistem avtomatik şəkildə axtarış üçün aktual olmayan məlumatları filtrasiya edərək müştəriyə uyğun olan məhsulu təklif edir.

"Xalq Bank"ın yeni saytı Ceyhun İmanovun (JIS) laboratoriyasının növbəti uğurlu layihəsidir. Biz Sizə böyük və peşəkar komandanın ərsəyə gətirdiyi www.xalqbank.az saytının tam yenilənmiş versiyasını təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti