...

Göygöl sahibkarlarından investisiya layihələrinin qəbuluna start verilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2015 09:54 (UTC +04:00)
Göygöl rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna start verilib.
Göygöl sahibkarlarından investisiya layihələrinin qəbuluna start verilir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Göygöl rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna start verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nazirliyin Sahibkarlığa Kömək Milli Fondu Göygöl rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il sentyabrın 17-də Göygöl rayonunun Qızılca kəndində işgüzar forum keçirib.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- cins heyvandarlıq və üzümçülük təsərrüfatlarının yaradılması;
- meyvə emalı və qablaşdırılması, çörək, pendir və keramika məhsullarının istehsalı müəssisələrinin yaradılması;
- arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsinin) yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Əlavə məlumat üçün müraciət etmək olar:Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti