...

Gəncədə 13 rayon və şəhərin işəgötürənləri üçün forum keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2015 16:21 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə şəhərində 13 rayon və şəhərin işəgötürənləri üçün “Açıq qapı” günü-vətəndaş forumu keçirib.
Gəncədə 13 rayon və şəhərin işəgötürənləri üçün forum keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Gəncə şəhərində "Təhlükəsiz iş aylığı" çərçivəsində "Açıq qapı" günü-vətəndaş forumu təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, foruma ƏƏSMN-in 17, 20, 21 və 22 saylı regionlar üzrə Dövlət Əmək müfəttişliklərinin nümayəndələri və həmin regionları əhatə edən 13 rayon və şəhərin (Gəncə şəhəri, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Tovuz, Ağstafa, Qazax) işəgötürənləri qatılıb.

Tədbirdə DƏMX-nin əməkdaşları tərəfindən işəgötürənlərə əməyin mühafizəsi, bu sahədə tənzimləyici normativ-hüquqi aktlar, istehsal qəzası riski yüksək olan müəssisələrdə, habelə avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində belə qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə maarifləndirici məlumatlar verilib.

Maarifləndimə tədbirlərinin həyata keçirilməsində əsas məqsədin işəgötürənlərdə işçilərin əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissinin artırılması, hər bir işçinin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin olunması, bu sahədəki, nöqsanların aradan qaldırılması olduğu qeyd edilib.

Forum zamanı işəgötürənlərin iş yerlərində əməyin mühafizəsi ilə bağlı sualları da ətraflı cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti