...

Şəhərlərimizdən birinin Baş planı təsdiq edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2015 14:53 (UTC +04:00)
Naftalan şəhərinin Baş planı təsdiq edilib.
Şəhərlərimizdən birinin Baş planı təsdiq edildi

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Azad Həsənli/

Naftalan şəhərinin Baş planı təsdiq edilib.

Bu barədə Trend Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytına istinadən məlumat verir.

Məlumatda deyilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə "Renessans Studio" MMC tərəfindən hazırlanmış Naftalan şəhərinin Baş plan layihəsi Nazirlər Kabinetinin 4 noyabr 2015-ci il tarixli 355-ci nömrəli Qərarı ilə təsdiq edilib.

İlin əvvəlindən Azərbaycanda Balakən, Siyəzən, Yardımlı, Zərdab, Hacıqabul, Neftçala və Zaqatalanın Baş plan layihələri təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti