...

Xəzəryanı dövlətlərin liman rəhbərləri protokol imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2015 12:41 (UTC +04:00)
İranın Əmirabad limanında Xəzəryanı dövlətlərin liman rəhbərlərinin iki gün davam edən iclası bu gün başa çatdı və iclasın sonunda protokol imzalandı.
Xəzəryanı dövlətlərin liman rəhbərləri protokol imzalayıb

İran, Tehran. Təmkin Cəfərov - Trend:

İranın Əmirabad limanında Xəzəryanı dövlətlərin liman rəhbərlərinin iki gün davam edən iclası bu gün başa çatıb və iclasın sonunda protokol imzalanıb.

Bunu Trend-ə Əmirabad limanında keçirilən Xəzəryanı dövlətlərin liman rəhbərlərinin iclasının təşkilatçısı və İranın Limanlar və Dənizçilik Təşkilatının tarif və tranzit məsələləri üzrə idarəsinin direktoru Xosrov Sərayi deyib.

X.Sərayi bildirib ki, iclas çox yüksək səviyyədə keçirilib və iclasın gündəmində olan məsələlərlə bağlı bütün ölkələrin baxışı müsbət idi: "İclasda razılaşdırılan önəmli məsələlərdən biri Xəzər dənizinin suyunun azalması məsələsi idi. Ölkələr qərara alıb ki, bu problemin həll yollarını düşünsünlər. Çünki dəniz suyunun aşağı düşməsi Xəzərdə gəmiçilik üçün problemlər yaradacaq".

X.Sərayi deyib ki, iclasda Xəzər dənizində ekologiyanın qorunması, axtarış və xilas gəmilərinin gediş-gəlişində dənizin çirklənməsinin qarşısının alınması kimi məsələlər də müzakirə olunub: "Beş ölkə limanlarda digər ölkələrin dənizçilərinə tibbi xidmətlər göstərilməsi haqqında razılıq əldə ediblər."

Qeyd edək ki, noyabrın 16-17-də İranın Əmirabad limanında Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan) liman rəhbərlərinin iclası keçirilib. İclasda Xəzəryanı ölkələrin limanları arasında əməkdaşlığın inkişafı, yükdaşımaları və yük boşaltma qaydalarının asanlaşdırılması, gəmiçilik və limanlarda infrastrukturun genişləndirilməsi sahəsində investisiyaların qoyulması, iqtisadi sahədə birgə əməkdaşlıq və elmi təcrübələrin mübadiləsi sahəsi ilə bağlı müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti