...

"AccessBank" sahibkarlara güzəştli kreditlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2015 16:01 (UTC +04:00)
"AccessBank" Sahibkarlara Kömək Milli Fondu ilə əməkdaşlığa başlayıb.
"AccessBank" sahibkarlara güzəştli kreditlər təklif edir

Bakı. Trend:

"AccessBank" Sahibkarlara Kömək Milli Fondu ilə əməkdaşlığa başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, Sahibkarlara Kömək Milli Fondu ilə əməkdaşlığa başlayan "AccessBank" manatla və güzəştli faiz dərəcəsi ilə kreditlər təklif edərək mikro, kiçik və orta biznes müəssisələrinə dəstəyi genişləndirəcək.

Mikro və KOB biznesin maliyyələşdirilməsi üzrə yerli bazarın lideri "AccessBank" güzəştli kreditləri ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrin, kənd təsərrüfatı və istehsalatın maliyyələşdirilməsinə yönəldəcək. Bu isə öz növbəsində, iqtisadiyyatın qeyri-neft sektorunun və sahibkarlığın inkişafına öz töhfəsini verəcək.

"AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHolding tərəfindən yaradılıb.

"AccessBank" Azərbaycanda aparıcı bank olaraq tam çeşidli xidmətlər təklif edir, ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi "AccessBank"ı Azərbaycan bankları arasında ən yüksək reytinq hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti