...

Sahibkarlara "ASAN xidmət" vasitəsilə lisenziyaların verilməsi davam etdirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2015 18:00 (UTC +04:00)
Bakıda və Sumqayıtda sahibkarlara “ASAN xidmət” vasitəsilə lisenziyalar verilib.
Sahibkarlara "ASAN xidmət" vasitəsilə lisenziyaların verilməsi davam etdirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsi davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 18-də tütün məmulatlarının, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin satışı, şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin və ölkədaxili yük daşımaları sahələrində fəaliyyət göstərən sahibkarlara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Sumqayıt "ASAN xidmət" mərkəzində və Bakıda 5 saylı "ASAN xidmət" mərkəzində lisenziyalar təqdim edilib.

Xüsusi razılığın (lisenziya) alınması üçün müraciətlərinə qısa müddət ərzində baxılması, lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsindən razılıq edən sahibkarlar yaradılmış şəraitə, göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti