...

BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi 26 milyon tonu ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2015 15:24 (UTC +04:00)
Noyabr ayında BTC kəməri ilə 2,2 milyon tondan artıq Azərbaycan nefti nəql olunub.
BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi 26 milyon tonu ötüb

Bakı. Trend:

2015-ci ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 263 445 ton Azərbaycan nefti nəql olunub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 373 898 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il dekabrın 1-dək BTC-yə 290 213 744 ton neft vurulub. Bundan başqa, 2015-ci ilin noyabr ayında BTC kəməri ilə 422 299 ton Türkmənistan nefti nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti