...

Lənkəranda reyd - mənşəyi məlum olmayan 3 baş heyvan cəmdəyi aşkar edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2015 16:40 (UTC +04:00)
Dekabrın 28-də Lənkəran Rayon Baytarlıq İdarəsi tərəfindən reyd aparılıb.
Lənkəranda reyd - mənşəyi məlum olmayan 3 baş heyvan cəmdəyi aşkar edildi

Bakı. Trend:

Dekabrın 28-də Lənkəran Rayon Baytarlıq İdarəsi tərəfindən reyd aparılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumatına görə, Lənkəran rayon Polis şöbəsi əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Lənkəran rayonunun Osakücə kəndinin meşə ərazində ölmüş 3 baş heyvan cəmdəyi Masallı sakinləri (özlərini qəssab adlandırırlar) tərəfindən xüsusi maşında daşınarkən aşkar edilib.

Aşkar edilmiş heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, qeyri-spesifik iyi olduğu) məlum olub. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun qərar qəbul ediləcək.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər ardıcıl olaraq bütün bölgələrdə davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti