...

İqtisadiyyat Nazirliyi biznes üçün yeni optimallaşdırılmış siyahı hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2016 12:55 (UTC +04:00)
İqtisadiyyat nazirliyi sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılan növlərinin yeni oprtimallaşdırılmış siyahısını təqdim edib.
İqtisadiyyat Nazirliyi biznes üçün yeni optimallaşdırılmış siyahı hazırlayıb

Bakı. Azad Həsənli - Trend:

İqtisadiyyat nazirliyi sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılan növlərinin yeni oprtimallaşdırılmış siyahısını təqdim edib. Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, yeni siyahı çox güman ki, hazırda parlamentdə baxılan "Lisenziyalar və icazələr haqqında" qanunla birlikdə qüvvəyə minəcək.

S.Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə lisenziyalaşdırma qaydaları təkmilləşdirildi, lisenziyaların sayı isə 37-dək azaldıldı: "Lisenziyaların verilməsinə görə dövlət rüsumunun həcmi iki dəfə, sahibkarıq fəaliyyəti yalnız regionda həyata keçirildiyi halda isə 4 dəfə azaldıldı. Lisenziyaların verilməsi müddətsiz oldu. Ötən ilin sonundan bütün lisenziyalar "ASAN" xidmət mərkəzlərində verilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti