...

"Bank Respublika" qadınlara yeni əmanətlər üzrə əlavə 2 faiz hədiyyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2016 17:29 (UTC +04:00)
8 Mart Qadınlar Günü ərəfəsində Bank Respublika-da “Yığım əmanəti” üçün hesab açan xanımlara illik faiz dərəcəsi üzərinə +2% hədiyyə olunacaq.
"Bank Respublika" qadınlara yeni əmanətlər üzrə əlavə 2 faiz hədiyyə edir

Bakı. Trend:

8 Mart Qadınlar Günü ərəfəsində Bank Respublikada "Yığım əmanəti" üçün hesab açan xanımlara illik faiz dərəcəsi üzərinə +2% hədiyyə olunacaq. Bununla yanaşı, xanımlara əmanətin 100% məbləğində PayKart kredit kartı veriləcək.

Bu aksiya mart ayının 7-31-dək bankın bütün filallarında keçiriləcək.

Xatırladırıq ki, "Yığım əmanəti" hesabının açılması üçün istənilən şəxs tərəfindən minimum 200 AZN ilkin mədaxilin edilməsi kifayətdir.

3, 6 və 12 aylıq müddətə açılan "Yığım əmanəti"-ni hal-hazırda manatla yerləşdirmək mümkündür.

Əmanət üzərinə əlavə məbləği isə uyğun olan vaxtda, bank ofisinə gəlmədən MilliÖN və e-Manat terminallarından həmçinin bankim.az səhifəsində fasiləsiz xidmət göstərən "İnternet şöbəsi" vasitəsilə mədaxil etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti