...

Meşə torpaqlarının korlanmasına görə cəzanı sərtləşdirmək təklif olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2016 14:19 (UTC +04:00)
Azərbaycanda meşə torparlarının münbit qatlarının korlanmasına görə cəzanı sərtləşdirmək lazımdır.
Meşə torpaqlarının korlanmasına görə cəzanı sərtləşdirmək təklif olunub

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda meşə torparlarının münbit qatlarının korlanmasına görə cəzanı sərtləşdirmək lazımdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Hüseynov parlamentin Aqrar komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, meşə torparlarının münbit qatlarının korlanmasına görə cəzanı ümumilikdə torpaqların münbit qatlarının korlanmasına görə nəzərdə tutulmuş cəzadan ayırmaq lazımdır.

Deputat qeyd edib ki, meşələrin qırılmasını azaltmaq üçün meşə massivlərinin yaxınlığında yerləşən kəndlərin qazlaşdırılmasını sürətləndirmək lazımdır: "Meşələrin qırılması və meşə torpaqlarının korlanması əsasən ona görə baş verir ki, belə torpaqlara yaxın olan kəndlərin sakinləri evlərini qızdırmaq üçün ağacları kəsirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti