...

Azərbaycan və ABŞ hava daşımalarının liberallaşdırılması üzrə saziş imzalayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2016 13:38 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iki ölkə arasında hava daşımaları bazarının liberallaşdırılması üçün "Open skies" açıq səma üzrə saziş imzalayıblar.
Azərbaycan və ABŞ hava daşımalarının liberallaşdırılması üzrə saziş imzalayıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iki ölkə arasında hava daşımaları bazarının liberallaşdırılması üçün "Open skies" açıq səma üzrə saziş imzalayıblar.

Trend-in məlumatına görə, ikitərəfli saziş ABŞ və Azərbaycan arasında hava əlaqəsinin təşkili preosesini sürətləndirməyə imkan yaradacaq və kommersiya reyslərinin sayının artmasına xidmət edəcək.

"Open Skies" sazişi dövlətin aviaşirkətlərin marşrutlar və qiymət formalaşdırma ilə bağlı kommersiya qərarlarına müdaxiləsinin aradan qaldırılmasını nəzərdə tutur ki, bu da operatorlara sərnişin və yük aviadaşımaları üzrə daha əlçatan və səmərəli xidmətlər göstərməyə fürsət verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti