...

21 banka 80 mln. dollar satılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2016 12:34 (UTC +04:00)
Bu gün Azərbaycanın Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
21 banka 80 mln. dollar satılıb

Bakı. Trend:

Bu gün Azərbaycanın Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fopnddan Trend-ə verilən məlumata görə, bu vəsaitdən 80 milyon ABŞ dolları məbləğində vəsait 21 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti