...

Rüfət Quliyev: Azərbaycanda iqtisadi islahatlar əhalinin rifahının artırılmasına yönəldilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2016 19:01 (UTC +04:00)
Azərbaycanda aparılan iqtisadi islahatların əsas məqsədi əhalinin rifahının artırılmasıdır.
Rüfət Quliyev: Azərbaycanda iqtisadi islahatlar əhalinin rifahının artırılmasına yönəldilib

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda aparılan iqtisadi islahatların əsas məqsədi əhalinin rifahının artırılmasıdır. Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, İnsan İnkişafı İndeksi kimi göstərici var: "Ölkələri müəyyən qaydada sıralasaq, bir neçə kateqoriyanı ayırmaq olar: "Birinci kateqoriyaya yüksək inkişaf tempi olan ölkələri aid etmək olar, lakin bu dövlətlər böyük sosial problemlərlə, yüksək ölüm göstəricisi ilə üzləşirlər. Onlar İnsan İnkişafı İndeksi üzrə Azərbaycandan xeyli geridə qalırlar. Məsələn, bu ölkələr Çin və Hindistandır. Digər qrup ölkələr də - Monqolustan, Türkmənistan və İraq - var. Bu ölkələrdə d artım hiss edilir, lakin əhalinin rifahı baxımından onlar Azərbaycandan geri qalırlar".

Deputat qeyd edib ki, Azərbaycan çox yüksək İnsan İnkişafı İndeksi olan ölkələr kimi (Şimali və Mərkəzi Avropa ölkələri, Avstraliya, Yeni Zelandiya, Kanada) iqtisadiyyatın sosial yönümlü modelini aktiv inkişaf etdirir.

R.Quliyev əlavə edib ki, Azərbaycanda aparılan islahatlar, həmçinin ölkədə sahibkarlıq və investisiya mühitini yerli və xarici sahibkarlar, iş adamları üçün daha əlverişli etməyə yönəldilib: "Məqsəd onların investisiyalarını Azərbaycan iqtisadiyyatına stimullaşdırmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti